Metronun "Ulduz" stansiyasında 28 oktyabr 1995-ci ildə baş vermiş dəhşətli yanğın hadisəsinin 30-cu ildönümü ilə bağlı yeni memorial guşə quraşdırılıb.
Oxu.Az-a verilən məlumatda bildirilib ki, memorial guşə stansiya vestibülündə yerləşdirilib.
Qeyd olunub ki, memorialda 289 yarpaq yer alıb. Bu isə hadisədə həlak olan insanların sayının göstəricisidir.
Xatırladaq ki, məlum faciə zamanı 289 nəfər həlak olub, 270 nəfər yaralanıb.
Məhərrəm Əliyev