Bu gün Fəvvarələr Meydanında “Nərgiz” Nəşriyyat Evinin təşkilatçılığı ilə “Soyuq əllər, isti ürək: Qış Möcüzəsi” adlı Yeni il xeyriyyə yarmarkasının açılış mərasimi baş tutub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, xeyriyyə kompaniyası 1 ay davam edəcək. Yarmarkanın aparıcısı Murad Dadaşov olub.
Tədbirdə “Nargis” Nəşriyyat Evinin rəhbəri Ülviyyə Mahmudova da iştirak edib. Yaradılmış şəhərçiyin “meri” Miri Yusif seçilib.