Avropanın ən məşhur lotereyası “EuroMillions” fransalı qadına 73 milyon avro qazandırıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, cekpot sahibinin adı hələ ki, açıqlanmır.
Sözügedən lotereya oyunu çərşənbə axşamı baş tutub. Udulan məbləğ Fransa üçün 2014-cü ilin rekordu hesab olunur.
Fransada ən böyük uduş 2012-ci ildə sahibini tapıb. Bu məbləğ 169 milyon avro olub.
“EuroMillions” Avropanın 9 ölkəsində - Fransa, Böyük Britaniya, İspaniya, Lüksemburq, Belçika, İsveçrə, Portuqaliya, İrlandiya və Avstriyada keçirilir.