Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Umayra Tağıyevadan nazirlikdə yeniliklə bağlı AÇIQLAMA
“Bu gündən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında meteo.az bölməsinə daxil olmaqla, respublika üzrə hava haqqında məlumat almaq mümkündür”.
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu ETSN-nin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, həmin bölmədə səsli mesajlar, fermerler üçün aqrometeoroloji məlumatlar yer alacaq:
“Meteohəssas insanlar üçün ayrıca bir bölmə olacaq. Tibbi meteoroloji proqnozlar yerləşdiriləcək. Bununla yanaşı, ölkədə gözlənilən anomal hava hadisələri haqqında xəbərdarlıqla bağlı məlumatlar öz əksini tapacaq”.
“Meteo.az bölməsində rəngli kodlarla, rəqəmlər vasitəsilə gözlənilən təhlükəli hidrometeoroloji hadisələr barədə məlumat əldə etmək mümkündür”.
İlhamə Əbülfət
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)" teqi üzrə xəbərlər
- Ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işlərinə başlanılıb
- Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilib
- Dəniz və çay balıqları niyə yoxa çıxıb? - Ekspert səbəbləri açıqladı
- Zaqataladakı ağacların kəsilməsinə görə cinayət işi açıldı: Vəzifəli şəxs işdən çıxarıldı
- Qırmızı Ürəklər Fondunun ekoloji təşəbbüsü davam edir: 100 kq batareya toplandı