Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ümumvətəndaş pasportu almaq üçün DÖVLƏT RÜSUMLARI
Artıq yay ayları gəlib və xaricdə istirahət etmək istəyənlərin sayı kifayət qədər artıb. Bəzi ölkələr arasında bağlanmış ikitərəfli və ya çoxtərəfli razılaşmalar sayəsində müəyyən ölkələrin vətəndaşları səyahət edərkən ümumvətəndaş pasportu təqdim etməyə ehtiyac olmadan səfər edə bilərlər. Ancaq bəzi ölkələrə səyahət etmək üçün mütləq ümumvətəndaş pasportu tələb olunur.
Oxu.Az ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üçün dövlət rüsumlarını təqdim edir.
Dövlət rüsumunun məbləği:
On iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
- bir yaşınadək uşaqlar üçün - 15 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 60 manat.
Beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
- bir yaşınadək uşaqlar üçün - 25 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 55 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 75 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 120 manat.
Bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
- bir yaşınadək uşaqlar üçün - 55 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 115 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 155 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 210 manat.
Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:
On iş günü müddətində verildikdə:
- bir yaşınadək uşaqlar üçün - 25 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 40 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 55 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 75 manat.
Beş iş günü müddətində verildikdə
- bir yaşınadək uşaqlar üçün - 40 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 70 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 100 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 135 manat.
Bir iş günü müddətində verildikdə
- bir yaşınadək uşaqlar üçün - 65 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 125 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 165 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 220 manat.
Almaz Qasımova
Rəylər