UNEC Tədqiqat Fondunun departament rəhbəri Ellada Əliyeva tərəfindən ANAMA ekspertləri üçün “Kommunikasiya kanallarının transformasiyası, yeni çağın informasiya istehlakçısı və müasir trendlərə uyğunlaşan mətbuat xidməti” mövzusunda brifinq keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, dövlətin strateji kursuna və prioritetlərinə əsasən ANAMA tərəfindən icra edilən əməliyyatlar haqqında təqdim olunan məlumatların sosial şəbəkələr vasitəsilə daha geniş auditoriyaya çatdırılması, effektiv media alətləri və onların tətbiqinə dair fikir mübadiləsi aparılıb.
Minatəmizləmə fəaliyyəti çərçivəsində davamlı ictimai maarifləndirmə işlərinin əsaslı şəkildə icrasının vacibliyi bildirilib. KİV-lərlə kommunikasiyanın qurulması, qarşılıqlı əməkdaşlıq və zamana uyğun düzgün istiqamətlərin təyin edilməsi sahəsində zəruri bilik və bacarıqlar barədə ANAMA ekspertlərinə məlumat verilib.
Qurumun daxili və xarici əlaqələrinin inkişafı ANAMA-nın bugünkü maraqlarına və həyata keçirdiyi fəaliyyətə uyğun icra edilir.