İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Oxu.Az PhotoStock.az istinadən xəbər verir ki, bu günün əsası 1950-ci ildə BMT Baş Assambleyasının təşəbbüsü ilə keçirilən qadınların beynəlxalq konfransında qoyulub.
Toplantıda 1 iyun tarixinin uşaqların müdafiəsinə həsr olunması qərara alınıb və həmin gündən etibarən Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qəbul olunub.
Daha sonra BMT çərçivəsində uşaq hüquqlarına dair konvensiya qəbul edilib. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bu konvensiyaya qoşularaq uşaq hüquqlarının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib.
Bu gün münasibətilə ölkə üzrə müxtəlif tədbirlər, layihələr və əyləncəli proqramlar təşkil olunur.
Paytaxt Bakı şəhərində isə uşaqlar üçün xüsusi festivallar, konsert proqramları və əyləncəli fəaliyyətlər təşkil olunub. Onların bu günü daha rəngarəng və yaddaqalan şəkildə yaşamaları üçün şərait yaradılıb.
Daha çox foto burada: PhotoStock.az