Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Vaksinasiya prosesi ilə Bakıdakı xəstəxanalardan FOTOREPORTAJ
Dünyada tüğyan edən koronavirusla mübarizə çərçivəsində görülən tədbirlər nəticəsini verib.
Bir çox dünya ölkələri kimi Azərbaycanda da koronavirusa qarşı vaksinasiya prosesi başlanıb.
Aparılan tədqiqatlar nəticəsində “KoronaVAK” vaksininin daha effektiv və təhlükəsiz olduğu rəsmi olaraq təsdiqlənib.
Vaksinləri alan ilk ölkələr sırasında Azərbaycan da var. Ölkədə bu gündən etibarən vaksinasiya prosesinə başlanılıb.
Hər kəsin maraqla gözlədiyi vaksin ilkin mərhələdə tibb işçilərinə və 65 yaşdan yuxarı şəxslərə vurulur və bu proses davam etdirilir.
Səhiyyə naziri Oqtay Şirəliyev də səhər saatlarında Bakı Sağlamlıq Mərkəzində ilk vaksin vurduran şəxslərdən biri olub.
Eyni zamanda pandemiya dövründə əhalini koronavirusla mübarizə çərçivəsində görülən işlər barədə məlumatlandıran TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı da vaksin vurduran şəxslərdən biri olub.
Bundan başqa paytaxtın Səbail rayonu ərazisində yerləşən 1 və 2 saylı şəhər poliklinikalarının baş həkimləri başda olmaqla, digər tibb işçilərinə də ardıcıl şəkildə vaksin vurulub.
Məlumat üçün bildirək ki, vaksinlər xüsusi soyuducularda -2 və -8 dərəcə temperaturda saxlanılır. Vaksinlər vurulmazdan əvvəl 2 dəqiqə otaq temperaturunda saxlanılır.
Vaksinlərin tam təhlükəsiz şəkildə daşınması üçün termoçantalardan istifadə edilir.
İlkin mərhələdə tibb müəssisələrinə işçilərin sayına müvafiq olaraq vaksin dozası ayrılıb. Vaksinasiya prosesinin ikinci mərhələsində də müvafiq dozaların aidiyyəti üzrə tibb müəssisələrinə paylanılması gözlənilir.
Bu dəqiqələrdə paytaxt ərazisində əvvəlcədən müəyyən olunan tibb müəssisələrində tibb işçilərinin vaksinasiyası davam etdirilir.
Könül Cəfərli
FOTO: Ramil Zeynalov
"Bakı" teqi üzrə xəbərlər
- Evdən qaçdıqları deyilən qızlarla bağlı yeni məlumat: Üçüncüsü də TAPILDI
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?