Sabirabadda fərdi yaşayış evi yanıb.
Oxu.Az xəbər verir ki, Sabirabad rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, bu gün Sabirabad rayonunun Yolçubəyli kəndində vətəndaşa məxsus evdə yanğın baş verib.
Sabirabad sakini, 1955-ci il təvəllüdlü Ağalarova Gülnaz Hüsən qızına məxsus ümumi sahəsi 308 kvadratmetr olan birmərtəbəli, 6 otaq və aynabənddən ibarət evin 2 otağının tavanı 50 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin Sabirabad Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını söndürüb, yaşayış sahəsinin digər hissələri yanğından mühafizə edilib.
İlkin araşdırma zamanı məlum olub ki, ev sahibinin oğlu, 31 yaşlı Ağalarov Saleh Səmədağa oğlu yaranmış ailədaxili mübahisədən sonra qəsdən evi yandırıb.
Polis Saleh Ağalarovu saxlayıb. Faktla bağlı araşdırma davam etdirilir.