"Çalğıda bir mizrab vurmasından bilinirdi ki, bu, Ramiz müəllimdir".
Oxu.Az xəbər verir ki bu sözləri jurnalistlərə açıqlamasında Xalq artisti Vamiq Məmmədəliyev Xalq artisti Ramiz Quliyevin vida mərasimində deyib.
O bildirib ki, Ramiz Quliyev çox savadlı və gözəl insan olub:
"Ramiz haqqında danışmaq mənim üçün çox ağırdır. Uzun illər bu sənətə xidmət etmişik. Tarı qoruyub saxlamışıq. O, tar sənətinin inkişafında böyük işlər görüb. Çox uşaq onun tanrının səsi ilə böyüyüb".
Aygün Mirakif