Bakı şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.
“VAZ 21-06” markalı, 10-KX-214 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Elxan Məmmədov idarəetməni itirərək maşını mağazaya çırpıb.
Nəticədə mağazada olan orta məktəb şagirdi, 10 yaşlı Əlövsət Nadir oğlu Allahverdiyev ölüb. Digər şagirdlər - 13 yaşlı Vasif Əziz oğlu Bayramov və Ayxan Arif oğlu Naibov ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.