Sizə müğənni Aslan Hüseynovun Hollivud ulduzu Ancelina Coliyə qurban kəsəcəyi barədə məlumat vermişdik.
Oxu.Az xəbər verir ki, müğənni bu haqda “Pərdə” verilişinə müsahibə verib:
“Şükür ki, qəzadan sağ-salamat qurtardım. Sol tərəfim tamamilə zədələnmişdi. Bəzi insanlar bunu reklam xətrinə, yalandan dediyimi yaydılar. Mən özümü səviyyəli piar edirəm. Ona görə də məni xəstə halımda çəkmək istəyən bütün telekanallardan imtina etdim. Başqaları kimi avtomobilimin təkəri boşalanda kameraları oraya yığmıram. Salamat xilas olduğum üçün şükür edirəm. Həm özümə, həm də Ancelina Coliyə görə gedib qurban kəsdim”.
Aytən Sadıqzadə
www.oxu.az