Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Vətən müharibəsi iştirakçılarından icbari tibbi sığorta haqqı tutulmasına aydınlıq gətirilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Vətən müharibəsi iştirakçılarından icbari tibbi sığorta haqqı tutulması məsələsinə münasibət bildirib.
Agentlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, rəsmi əmək müqaviləsinə əsasən işləyən şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər icbari tibbi sığorta haqqı ödəməlidirlər. Yəni rəsmi əmək müqaviləsinə əsasən işləyən Vətən müharibəsi iştirakçılarından da icbari tibbi sığorta haqqı tutulur.
Həmçinin əlavə edilib ki, heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər.
"Tibbi sığorta" teqi üzrə xəbərlər
- Əhaliyə ödənişsiz əsaslarla göstərilən tibbi xidmətlərin sayı açıqlandı
- Parlament üç qanunda dəyişikliyi III oxunuşda qəbul edib
- Milli Məclis "Tibbi sığorta haqqında" qanuna təklif olunan dəyişikliyi üçüncü oxunuşda təsdiqləyib
- Bölgələrin özəl klinikalarında icbari tibbi sığorta niyə tətbiq edilmir?
- Aztəminatlı ailələr, imkanı olmayan şəxslərin NƏZƏRİNƏ: Yeni qanunla dərmanları pulsuz alacaqsınız
Rəylər