Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Vətən müharibəsi iştirakçısı beyin qansızmasından vəfat etdi
44 günlük Vətən müharibəsinin iştirakçısı Murad Elxan oğlu Bayramov vəfat edib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tovuz Rayon İcra Hakimiyyətindən faktı təsdiqləyiblər.
Qeyd olunub ki, İkinci Qarabağ müharibəsi iştirakçısı dünən axşam saatlarında vəfat edib.
Məlumata görə, M.Bayramov beyin qansızması nəticəsində dünyasını dəyişib.
Məhərrəm Əliyev
Ən çox oxunanlar