Vətən müharibəsi qazisi Mətləb Əhmədov vəfat edib.
Oxu.Az xəbər verir ki, onun bu gün Bakıda vəfat etdiyi bildirilsə də, ölüm səbəbi açıqlanmayıb.
Mərhumun nəşinin bu gün paytaxtdan Naxçıvana göndərildiyi bildirilir.
Qeyd edək ki, Mətləb Hüseyn oğlu Əhmədov Vətən müharibəsinə könüllü qatılıb.
O, döyüşlərdə iştirakına görə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.