Azərbaycanda Vətən müharibəsi qəhrəmanlarına bir sıra güzəştlərin verilməsi təklif edilir.
Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı Vergi və Əmək məcəllələrinə dəyişikliklər təklif olunur.
Vergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, Vətən müharibəsi qəhrəmanlarının aylıq gəlirlərinin 400 manatı vergitutmadan azad ediləcək.
Əmək Məcəlləsinə dəyişiklikdə isə Vətən müharibəsi qəhrəmanlarına məzuniyyət verilməsi qaydaları müəyyənləşir.
Layihəyə əsasən, həmin şəxslərə məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.
Layihələr parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Aqşin Kərimov