“Müdafiə sənayemiz mühərrik texnologiyası sahəsində də inamlı addımlarla hədəflərinə doğru irəliləyir”.
Bu sözləri Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir sosial şəbəkə hesabında qeyd edib.
“Tank, müxtəlif zirehli vasitə və texnikalar üçün “BMC Power” tərəfindən yaradılan 1500 at gücündə ilk mühərrikimiz BATU-nun işə salınması uğurla həyata keçirildi”, - deyə İ.Dəmir bildirib.
Savunma sanayiimiz motor teknolojisinde de emin adımlarla hedeflerine ilerliyor.
— Ismail Demir (@IsmailDemirSSB) May 5, 2021
Tank, muhtelif zırhlı araç ve makinalar için BMC Power tarafından geliştirilen 1500 beygir gücündeki ilk motorumuz #BATU’nun ateşlemesi başarılı şekilde gerçekleşti. #BizimMühendisler yapıyor! 👏 pic.twitter.com/bkpDsnqNEz