Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Vətən müharibəsində psixoloji dəstək göstərilən şəxslərin sayı AÇIQLANDI
“Pandemiya dövründə psixoloji dəstək xəttinə 1 122 nəfər müraciət edib”.
Oxu.Az-ın məlumatına görə, bunu TƏBİB-in psixososial dəstək fəaliyyətləri üzrə uzman həkimi Nərmin Osmanlı bildirib.
Onun sözlərinə görə, onlardan 459 nəfər koronavirus xəstəsi, 341 nəfər psixo patologiyaları olanlar olub:
“İnsanlar xüsusən sərt karantin dövründə əsəbilik və gərginlik, təşviş, həyəcanla bağlı müraciət edirdilər. COVID-19 əlamətlərinin olub-olmaması, ailədaxili münasibətlər sosial problemlərlə bağlı müraciətlər də daxil olurdu. Bu dövrdə koronaviruslu xəstələrlə işləyən 1 007 nəfər tibb işçisinə psixoloji yardım edilib. Onların bir çoxu onlayn xidmətdən yararlanıb”.
O qeyd edib ki, Vətən müharibəsində Gəncə terrorundan zərərçəkən 189 nəfərə, Bərdədə 265 nəfərə, Tovuzda isə 156 nəfərə yardım edilib:
“Ümumilikdə 143 terror qurbanına yardım edilib.
Vətən müharibəsində 3 316 yaralıya psixoloji yardım edilib. Eyni zamanda 1 385 yaralının psixoloji müayinədən keçməsinə dəstək göstərilib”.
İlhamə Əbülfət