Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Salyanda vəzifəli şəxsin də öldüyü dəhşətli qəzada xəsarət alanların SON DURUMU AÇIQLANDI
Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan üç nəfər (kişi cinsli) 28 yanvar saat 19:00-da Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"1996, 2009, 1971-ci il təvəllüdlü şəxslərə zəruri tibbi yardımlar göstərilib, müalicələri davam etdirilir. Müxtəlif bədən xəsarətləri alan və Cərrahiyyə şöbəsinə yerləşdirilən iki nəfərin vəziyyəti orta ağır, Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti isə ağır olaraq qiymətləndirilir",- deyə məlumatda bildirilir.
Ötən gün Salyan rayonunun Şorsulu kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, üç nəfər xəsarət alıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev məlumat verib.
O qeyd edib ki, hadisə yanvarın 28-i, saat 19:00-da Ələt-Astara yolunun 84-cü kilometrliyində, Şorsulu kəndi ərazisində qeydə alınıb:
"1962-ci il təvəllüdlü Mustafa Allahyar oğlu Əhmədovun idarə etdiyi VAZ-2106 markalı 52-BG-794 dövlət nömrə nişanlı avtomobillə 1996-cı il təvəllüdlü Samid Eldəniz oğlu Zeynalovun idarə etdiyi VAZ-2121 markalı 52-BG-725 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Hadisə nəticəsində Mustafa Əhmədov və onun sərnişinlərindən biri olan Biləsuvar rayon sakini 1967-ci il təvəllüdlü Mübaşir Əli oğlu Qurbanov hadisə yerində ölüblər. Onun digər sərnişini 1971-ci il təvəllüdlü Mahir Zülfü oğlu Əzizov, digər avtomobilin sürücüsü Samid Zeynalov və sərnişini 2009-cu il təvəllüdlü Cəlal Ceyhun oğlu Quliyev xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır",- deyə M.Ağayev vurğulayıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, VAZ-2121 markalı avtomobilin sürücüsü olan Samid Zeynalovun avtomobili idarəetmə hüququ olmayıb.
Əzizə İsmayılova
Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin Biləsuvar rayonu üzrə nümayəndəsi, 1967-ci il təvəllüdlü Mübaşir Qurbanovun görüntüləri yayılıb.
Oxu.Az həmin fotonu təqdim edir:
Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən məlumat verir ki, hadisə Salyan rayonunun Şorsulu kəndində qeydə alınıb.
VAZ markalı avtomobillərin toqquşması nəticəsində 3 saylı Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin Biləsuvar rayonu üzrə nümayəndəsi və oranın digər əməkdaşı Şorsulu kənd sakini, Mustafa Əhmədov hadisə yerində ölüblər.
Yaralılar Cəlal Ceyhun oğlu Quliyev və Samid Eldəniz oğlu Zeynalov isə Salyan xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- İcra hakimiyyətinin əməkdaşı ailəsi ilə birgə HƏLAK OLDU - Hadisə yerindən GÖRÜNTÜLƏR
- Bakıda sərnişin avtobusu beş avtomobilə çırpıldı: Daşıyıcı şirkət hadisənin səbəbini AÇIQLADI
- Lənkəranda baş verən dəhşətli qəzada xəsarət alanların son durumu AÇIQLANDI
- Bakıda lüks avtomobilin törətdiyi qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Şəkidə yük maşını piyadanı vuraraq öldürüb
Rəylər