Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanmış Ankara Bəyannaməsi nələri ehtiva edir?
Azərbaycan Xarici İşlər Nazirliyi bu gün Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanmış Ankara Bəyannaməsinin əsas müddəalarını açıqlayıb.
Oxu.Az Azərbaycan XİN-in məlumatına əsasən Ankara Bəyannaməsinin ehtiva etdiyi məqamları təqdim edir.
"Bəyannamədə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi, habelə suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub.
İqtisadiyyat, ticarət, investisiyalar, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə istiqamətləri üzrə mövcud potensialdan tam istifadə olunması, bu istiqamətdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, xüsusilə Orta Dəhlizin səmərəliliyi və rəqabətədavamlılığının artırılmasının vacibliyi qeyd olunub.
Bəyannamədə, həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrində yenidənqurma və humanitar minatəmizləmə fəaliyyətinə töhfə verilməsinin əhəmiyyəti vurğulanıb.
Ankara Bəyannaməsi, eyni zamanda Azərbaycanın COP29 və AQEM sədrlikləri çərçivəsində oynadığı rolu təqdir edib.
Mərkəzi Asiyanın təhlükəsizliyində vacib rol oynayan Əfqanıstanın təhlükəsizliyi və inkişafı ilə bağlı Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mövqenin formalaşdırılmasının, Qəzza bölgəsində əldə olunmuş atəşkəsin qorunub-saxlanılmasının və İsrail-Fələstin münaqişəsinin "iki dövlət prinsipi" əsasında həllini tapmasının vacibliyi qeyd olunub", - deyə məlumatda bildirilir.
Ankara Declaration, the outcome document of the 2nd trilateral meeting of the Ministers of Foreign Affairs, Trade/Economy, and Transport from #Azerbaijan, #Türkiye, and #Uzbekistan, has been adopted and signed by 🇦🇿🤝🇹🇷🤝🇺🇿.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) January 29, 2025
In addition to a comprehensive Action Plan aimed at… pic.twitter.com/ObqxMR3BGD
Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci görüşünün yekun bəyannaməsi imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan və Özbəkistandan olan həmkarları ilə birgə mətbuat konfransında bildirib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Özbəkistanın xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxış edib.
Oxu.Az-ın məlumatına görə, hazırda nazirlər birgə mətbuat konfransında iştirak edirlər:
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov hazırda Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxış edir.
Oxu.Az xəbər verir ki, C.Bayramov ölkələr arasında üçtərəfli əməkdaşlığın çoxşaxəli xarakterini vurğulayaraq, təhlükəsizlik, iqtisadi inkişaf, ticarət, investisiya, infrastruktur və nəqliyyat-kommunikasiya daxil olmaqla əməkdaşlığın əsas sahələrini qeyd edir.
O, həmçinin Asiyanı Avropaya birləşdirən mühüm ticarət və nəqliyyat marşrutu olan Orta Dəhlizin inkişafı vasitəsilə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlavə imkanları vurğulayır.
Mövcud regional potensialdan istifadə edərək Yaxın Şərq və Əfqanıstan da daxil olmaqla daha geniş regionun sülh, təhlükəsizlik və inkişafına töhfə verməsi də qeyd olunur.
Happening now: @Bayramov_Jeyhun, Minister of Foreign Affairs of the Republic of #Azerbaijan, is currently addressing the 2nd Trilateral Meeting of the Ministers of Foreign Affairs, Trade/Economy, and Transport of #Azerbaijan, #Türkiye, and #Uzbekistan in #Ankara.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) January 29, 2025
Minister… pic.twitter.com/lU5Wd9f7w9
Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin 2-ci üçtərəfli görüş başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, iclasda hər üç ölkənin xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirləri iştirak edirlər.
#Canlı 📡
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) January 29, 2025
Bakanımız @HakanFidan'ın Türkiye, Azerbaycan, Özbekistan Arasındaki İkinci Üçlü Mekanizma Toplantısı Açılış Hitabı
📍 Ankara https://t.co/HAPB0koO1w
Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü çərçivəsində Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Baxtiyor Saidov görüşüblər.
Oxu.Az-ın məlumatına görə, tərəflər iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və rabitə aspektlərini, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Regional və beynəlxalq əməkdaşlıq çərçivələri, o cümlədən Türk Dövlətləri Təşkilatı, BMT, İƏT, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA), eləcə də müxtəlif çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın perspektivləri də gündəlikdə mühüm yer tutub.
C.Bayramov həmkarını regionda sülh səyləri, mövcud çağırışlar və davamlı sülhquruculuğu prosesinə olan təhdidlər barədə məlumatlandırıb.
Nazirlər, həmçinin "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsinə dair Hərtərəfli Tədbirlər Proqramı"nı imzalayıb və təsdiq ediblər.
On the sidelines of the 2nd trilateral meeting of the Ministers of Foreign Affairs, Trade/Economy and Transport of #Azerbaijan, #Türkiye and #Uzbekistan, Foreign Minister @Bayramov_Jeyhun of the Republic of Azerbaijan and Foreign Minister @FM_Saidov of the Republic of Uzbekistan… pic.twitter.com/TQIZ49ZKtF
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) January 29, 2025
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfər üçün yola düşüb.
Bu barədə Oxu.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Səfər çərçivəsində nazir C.Bayramovun Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı, həmçinin bir sıra yüksəksəviyyəli ikitərəfli görüşləri planlaşdırılır.
"Ankarada üçtərəfli görüş" teqi üzrə xəbərlər
- Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin üçüncü üçtərəfli görüşü Bakıda keçiriləcək
- Ceyhun Bayramov: "Qəzzada əldə edilmiş atəşkəsin böyük önəmi var"
- Türk Dövlətləri Təşkilatının 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda olacaq
- Mikayıl Cabbarov Ankarada üçtərəfli görüşdə müzakirə olunan məsələləri açıqladı
- Mikayıl Cabbarov Türkiyə- Azərbaycan - Özbəkistan biznes formunda iştirak edib