Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Nikol Paşinyanın partiyasının reytinqi minimal səviyyəyə düşüb
Əgər yaxın bazar günü Ermənistanda parlament seçkisi keçirilsəydi, vətəndaşların yalnız 11.3 %-i hakim Vətəndaş Sazişi Partiyasına səs verərdi.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə "Gallup International Association"ın nümayəndəliyinin rəhbəri Aram Navasardyan mətbuat konfransında bildirib.
"Bu, 2018-ci ildən bəri ən aşağı göstəricidir", - deyə o qeyd edib.
A.Navasardyanın sözlərinə görə, bu, 20-22 yanvar tarixlərində 1.1 min vətəndaş arasında keçirilmiş sorğunun nəticələrinə əsasən məlum olub.
Baş nazir Nikol Paşinyanın partiyasından sonra reytinqdə ikinci yerdə qalmaqallı videobloqer Vardan Qukasyan ("Doq") tərəfindən yaradılan DOK Partiyası qərarlaşıb. DOK-a respondentlərin 6.8 faizi səs verməyə hazırdır. İlk üçlüyü 6.5 % reytinqlə ikinci prezident Robert Koçaryanın "Hayastan" bloku tamamlayır.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Faktlar danışır: Ermənistanın sülh oyunu arxasında silah alışı
- Paşinyan Koşta ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib
- Nikol Paşinyanın Avropa İttifaqı sevdası nə ilə nəticələnəcək?
- Azərbaycanın ABŞ-dən gözləntiləri nələrdir?
- Prezidentin Çin mediasına müsahibəsi - Dünyaya sülh, əməkdaşlıq çağırışları