Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hərbi ekspert Ankara bəyannaməsini şərh etdi: "Bu, Anadolunu Orta Asiyaya bağlayan vacib sənəddir"
Yanvarın 29-da Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüş keçirilib.
Görüşün yekunlarına dair Ankara Bəyannaməsi imzalanıb. Türkiyəli hərbi ekspert Yücel Karauz Baku TV-yə açıqlamasında bildirib ki, bu bəyannamə son 5 ildə türk dövlətləri arasında imzalanmış ən önəmli sənədlərdən biridir.
"Bu, Anadolunu Orta Asiyaya bağlayan vacib sənəddir. Zəngəzur və Qarabağa verilən dəstəyin yenilənməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində alınan qərarların həyata keçirilməsi mühüm inkişafdır", - deyə o söyləyib.
Ekspertin sözlərinə görə, siyasi və mədəni fəaliyyətlərlə yanaşı, iqtisadi, ticari və investisiya əlaqələrinin inkişafı da olduqca önəmlidir:
"Bu istiqamətdə irəliləyiş əldə olunması üçün sənaye, kənd təsərrüfatı, innovasiya və rəqəmsallaşdırma sahələrinin əhəmiyyətinin vurğulanması Ankara Bəyannaməsini daha önəmli edir".
Ətraflı süjetdə:
"Ankarada üçtərəfli görüş" teqi üzrə xəbərlər
- Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanmış Ankara Bəyannaməsi nələri ehtiva edir?
- Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin üçüncü üçtərəfli görüşü Bakıda keçiriləcək
- Ceyhun Bayramov: "Qəzzada əldə edilmiş atəşkəsin böyük önəmi var"
- Türk Dövlətləri Təşkilatının 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda olacaq
- Mikayıl Cabbarov Ankarada üçtərəfli görüşdə müzakirə olunan məsələləri açıqladı