Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Videosu yayılan təcili yardım işçiləri cəzalandırıldı - VİDEO
Bir müddət əvvəl sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus iki maşının bir xanımın başına fırlandığını əks etdirən videogörüntülər yayılıb.
Sosial şəbəkələrdə paylaşılan video birmənalı qarşılanmayıb.
Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, sözügedən görüntülərlə bağlı nazirlik tərəfindən araşdırma aparılıb. Aparılan araşdırma nəticəsində həmin videoda yer alan iki nəfər sürücü və bir nəfər tibb bacısı vəzifələrindən azad ediliblər.
Görüntülərin Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasının həyətində çəkildiyi bildirilir.
Videosu yayılan təcili yardım işçiləri cəzalandırıldı - VİDEO
Könül Cəfərli
"Bakı" teqi üzrə xəbərlər
- Bakı şəhərində tramvay xətlərinin inşa olunması üçün zonalar müəyyənləşdirilir
- Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü
- İtlərin hücumuna məruz qalan məktəbli DANIŞDI: "Üstümə gəldi, sığallamaq istəyirdim"
- Yararsız qalıb küçələrə səpələnən baryerlərlə bağlı RƏSMİ AÇIQLAMA
- Avtomobillərə qaz balonu kimin icazəsi ilə və harada quraşdırılmalıdır?
Ən çox oxunanlar
Rəylər