Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Vilyam Hacıyevin işi yenidən Ali Məhkəmədə
İmişlinin məhkum sabiq icra başçısı Vilyam Hacıyev yenidən Ali Məhkəməyə müraciət edib.
“Qafqazinfo”nun məlumatına görə, eks-icra başçısı barəsində bəraət qərarı çıxarılmasını xahiş edir. Şikayətə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.
V.Hacıyev bir müddət əvvəl kassasiya şikayəti versə də, sonradan əlavələr etməsi ilə bağlı şikayətini geri götürmüşdü.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, Bakı Ağır Cjnayətlər Məhkəməsinin hökmünə əsasən, xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Şeyx Şamilin büstünü partladan və hərbi hissəyə hücum edən ömürlük məhkumla bağlı qərar verilib
- Ədliyyə Nazirliyi tərəfindən hakimlərin hazırlığının artırılması məqsədilə təlimlər keçirilir
- 23 il əvvəl Şeyx Şamilin büstünü partladan ömürlük məhkum qardaşlar yenidən məhkəməyə üz tutdular
- Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçinin işi Ali Məhkəmədə
- Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür
Rəylər