Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Vüqar Bayramov: "Mediasiya prosesinə daha çox sahələrin cəlbinə zəmin yaranıb"
"Məcburi olaraq ilkin mediasiya sessiyası üzrə tələb olunan işlərin siyahısının genişləndirilməsi vacibdir. Mediasiya daha çox ailə mübahisələrinin həllinə ünvanlanır, ancaq kommersiya, əmək və mülki mübahisələrin də ilkin mediasiyaya cəlb olunması məqsədəuyğun olardı".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu, hüquq sahəsində islahatların dərinləşməsinə xidmət edər:
"Mediasiya Şurası özünü ciddi institut kimi təsdiq edib və bu da mediasiya prosesinə daha çox işlərin cəlbinə zəmin yaradır. Mediatorların və eləcə də müraciətlərin sayındakı artımlar da bunu təsdiq edir. Bu da həmin qurumun səlahiyyətlərinin daha da genişləndirilməsini aktuallaşdırır".
Mərahim Nəsib