Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ramil Hüseyn mərkəzdə icraçı direktorun müavini vəzifəsinə təyin olunub.
Oxu.Az-ın məlumatına görə, bu barədə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı əmr imzalayıb.
Qeyd edək ki, Ramil Hüseyn bu vaxta qədər İİTKM-in Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri vəzifəsində çalışıb.
İlhamə Əbülfət