Bu gündən etibarən COVID-19 yoluxucu xəstəliyinin yayılmasının qarşısının alınması üçün Azərbaycanda tətbiq olunan xüsusi karantin rejiminin yumşaldılmasının yeni mərhələsi başlayıb. Əksər şirkətlərin əməkdaşları öz iş yerlərinə qayıdırlar.
“Winter Park Plaza” biznes mərkəzinin rəhbərliyi karantindən sonra öz müştərilərini təntənəli şəkildə qarşılayıb. Binanın girişi qırmızı xalça ilə bəzədilib, daha sonra isə hər şey daha təntənəli olub: şarlar, “İşdə xoş gördük” yazılmış qarşılama banneri” (#həmişəişdəgücdə).
“Bizim üçün bu, xoş hadisədir. Axı müştərilərimizin bir çoxunu iki aydan artıq müddətdir ki, görmürdük. Çünki onlar uzaqdan işləyirdilər, müvafiq olaraq ofisləri də bağlı idi. Əlbəttə ki, bu çətin dövrdə onlar üçün nə isə xoş və ən başlıcası, yaddaqalan bir şey etmək istədik. Bu şəkildə müştərilərimizə hörmətimizi ifadə edirik”, - “Winter Park Plaza”nın direktoru Naina Bakaldina bildirib.
Biznes mərkəzinin rəhbərliyinin bu cür diqqət göstərməsinə heç kəs laqeyd qalmayıb. İcarəçilər və ofis əməkdaşları bu cür diqqətdən məmnun qalaraq təəccübləndilər və iş mərkəzinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, “Winter Park Plaza” Bakının düz mərkəzində yerləşən 17 mərtəbəli binadır və bu da paytaxtın bütün işgüzar rayonlarına rahat çıxış imkanı yaradır. Bina “premium class” biznes mərkəzləri üçün bütün beynəlxalq texniki tələblərə uyğun şəkildə tikilib.
Bütün ümumi zonalarda müasir video-müşahidə və giriş nəzarəti sistemləri quraşdırılıb. Binanın mühafizəsi mühafizə agentliyinin yüksək peşəkar əməkdaşları tərəfindən həyata keçirilir.