Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) zamanı media nümayəndələri müşahidəçilikdən daha çox iş görüblər.
Oxu.Az xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında video paylaşılıb.
Throughout the journey of WUF13, media representatives have been more than observers — they have been our partners in sharing the Forum’s message with the world.
— WUF13Azerbaijan (@WUF13Azerbaijan) June 11, 2026
From the months of preparation to the event days, your dedication, professionalism and support helped bring WUF13… pic.twitter.com/I5FEb95bWL
"WUF13 səyahəti boyu media nümayəndələri müşahidəçilikdən daha çox iş görüblər - onlar Forumun mesajını dünya ilə bölüşməkdə bizim tərəfdaşlarımız idilər", - deyə məlumat verilib.
Qeyd edilib ki, hazırlıq aylarından tədbir günlərinə qədər jurnalistlərin fədakarlığı, peşəkarlığı və dəstəyi WUF13-ü daha geniş auditoriyalara yaxınlaşdırmağa kömək edib: "Bizimlə çiyin-çiyinə çalışan və WUF13-ün hekayəsini danışmağa töhfə verən bütün media nümayəndələrinə təşəkkür edirik".