Xaçmaz şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"İyunun 1-i saat 18:30-da yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan dörd nəfər (üçü kişi, biri qadın cinsli olmaqla) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu təyin edilib.
2003-cü il təvəllüdlü (qadın cinsli) şəxsin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
Yaralılardan bir nəfər - 2005-ci il təvəllüdlü (kişi cinsli) şəxs ixtisaslı tibbi xidmətin göstərilməsi məqsədilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına təxliyə edilib.
2013 və 1978-ci il təvəllüdlü (kişi cinsli) şəxslər isə ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd olunub.
Aygün Mirakif
Xaçmaz şəhərində dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin giriş hissəsində qeydə alınıb.
"Mercedes" və "Audi" markalı minik avtomobillərinin toqquşması nəticəsində Bakı şəhər sakini, 2013-cü il təvəllüdlü Ə.Ələsgərov, Xaçmaz şəhər sakinləri - 1978-ci il təvəllüdlü Şahid Mövsümov, 2003-cü il təvəllüdlü Şəbnəm Mövsümova və 2005-ci il təvəllüdlü Anar Mövsümov xəsarət alıblar.
Yaralılar dərhal Xaçmaz Şəhər Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.