Azərbaycanda polis şöbəsində intihara cəhd olub.
Oxu.Az İstipress-ə istinadən xəbər verir ki, hadisə Xaçmazda baş verib.
Bakının Sabunçu rayon sakini, 38 yaşlı Ramin Abdulhəsən oğlu Əhmədov damarını kəsərək özünü öldürmək istəyib. Yaralı dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Yaralıya ilkin tibbi yardım göstərilib. Sonra o, yenidən şöbəyə qaytarılıb.
E.Ə.
www.oxu.az