Bu gün Xaçmaz şəhərində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən bildirir ki, 1993-cü il təvəllüdlü, Xaçmaz şəhəri, Atatürk 104 ünvanında yaşayan Təhməzov Əli Əkbəroğlu və onun əmisi oğlanları, Mustafa və Məhmməd Malik oğlu Təhməzovlar bıçaqlanıb.
İlkin məlumata görə, bıçaqlananlardan Əli Təhməzov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onu əməliyyat edirlər. Vəziyyətinin ağır olduğu bildirilir.
Digərlərinə isə ambulator yardım göstərilib.
Xaçmaz rayon polisi faktı təsdiqləyib. Hadisəni törədən şəxs polis tərəfindən axtarılır.