Xalq artisti, Gənc Tamaşaçılar Teatrının quruluşcu rejissoru Vaqif Əsədov ürəyindən əməliyyat olunub.
Oxu.Az xəbər verir ki, bu barədə yazıçı-publisist Aysel Əlizadə öz Facebook səhifəsində məlumat verib. Yazıçı bildirib ki, beş saat davam edən əməliyyat uğurla başa çatıb. Xalq artisti bu gün palataya köçürülüb.
Onun sözlərinə görə, əməliyyat rejissorun ata yurdu Naxçıvanda dövlət hesabına gerçəkləşdirilib.