Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Yunanıstana səfər edib.
SOCAR-dan Oxu.Az-a verilən məlumata görə, noyabrın 10-da baş tutan səfər çərçivəsində R.Abdullayev Yunanıstanın baş naziri Antonis Samarasla görüşüb.
Görüş zamanı TAP layihəsinin həyata keçirilməsi və Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinə məxsus səhmlərin 66%-nin SOCAR tərəfindən alınması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər qeyd olunan layihələrin həyata keçirilməsi haqqında fikirlərini bölüşüb.
E.Ə.
www.oxu.az