Baku TV-də yayımlanan “Qarabağ Xronikası” verilişinin 49-cu buraxılışı efirə gedib.
Verilişin aparıcısı, hərbi jurnalist Fərdin İsazadə budəfəki buraxılışda ATƏT-in Minsk qrupunun yaydığı növbəti bəyanatdan danışıb.
O bildirib ki, iyulun 29-da Minsk qrupunun həmsədrləri bəyanat yayaraq Ermənistan-Azərbaycan sərhədində yaşananlardan narahatlıq ifadə ediblər, rəsmi Bakı və İrəvanı vəziyyəti sakitləşdirməyə, təxribatçı ritorika və hərəkətlərdən dərhal çəkinməyə çağırıblar.
Əlavə olaraq, tərəfləri öz öhdəliklərini həmsədrlərin himayəsi altında yerinə yetirməyə çağırıblar.
Daha ətraflı Baku TV-nin süjetində: