Məhərrəm ayının başlaması ilə əlaqədar Xanım Zeynəbin (səlamullahi əleyha) hərəmində məhərrəmlik tədbirlərinə hazırlıq başlayıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Məhərrəm ayının daxil olması və Kərbəla şəhidlərinin xatirələrinin yaşadılması ilə əlaqədar Xanım Zeynəbin (səlamullahi əleyha) məzarı üzərindəki günbəzin bayrağı dəyişdirilərək qara bayraqla əvəz olundu.
Xatırladaq ki, İslam peyğəmbəri Hz. Muhammədin (ƏS) nəvəsi İmam Hüseyn (ƏS) və 72 silahdaşı məhərrəm ayının 10-da (aşura) Kərbəla çölündə şəhid edilib. İslam tarixinin ən qara səhifəsi olan bu hadisədən sonra əksər müsəlman ölkələri məhərrəm ayında əzadarlıq və s. kimi bir sıra tədbirlərlə Kərbəla faciəsini yad edirlər.