“Addım Gənclər Təşkilatı”nın dəstəyi ilə ölkəmiz Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən “EuroFest” festivalında birinci olub.
Bu barədə məlumatı Oxu.Az-a festivalda münsiflər heyəti qismində çıxış edən “Addım Gənclər Təşkilatı”nın sədri Hüseyn Cavadzadə verib:
“Biz yaxşı nəticələrlə dönəcəyimizə əmin idik, amma beynəlxalq münsiflər heyətinin yekdilliklə təmsilçimizə səs verib birinci etməsi çox sevindirici oldu. Biz “Addım” olaraq bundan sonra da mədəniyyətimizin dünyada gənclərimiz tərəfindən tanınmasına dəstək olacağıq”.
Qeyd edək ki, “EuroFest”də Azərbaycanı gənc ifaçı Tahir Quliyev sözləri və musiqisi Günel Sərdarqızına aid “Ulduzlar” mahnısı ilə təmsil edib. Bu il festivalda Azərbaycanla yanaşı Fransa, İtaliya, Serbiya, Bolqarıstan, Malta, Sloveniya, Gürcüstan və s. ölkələr təmsil olunub.