Dünyaca məşhur müğənni-bəstəkar Emin “Onlar”a müsahibə verib.
Oxu.Az xəbər verir ki, o,dekabrda keçiriləcək yubiley konsertindən söz açıb:
“Dekabrın 4-də yubiley konsertim olacaq. İstəyirəm ki, yeni mahnılarımı ilk dəfə Bakı tamaşaçıları dinləsinlər. Həmin bəstələri daha sonra Moskvada dekabrın 10-da və 11-də eşidəcəklər. Konsertdə Ani Lorak, Stas Piyexa, İqor Krutoyla da duetimiz olacaq. Dekabrın 1-də yeni albomum işıq üzü görəcək. Yeni ildə həmin albomla qastrol səfərlərinə çıxacam. Yerli müğənnilərdən biri ilə duet ifa edəcəm”.
“Bu, Zülfiyyə Xanbabayevadır?” sualını isə Emin belə cavablandırıb:
“Ola bilər. Bəlkə mən özüm də Azərbaycan dilində oxudum”.