Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Dünyanı şoka salan hadisə: 150 azyaşlı qızın meyitini evə aparıb bunu etdi - FOTO
Rusiyanın Nijni Novqorod şəhərində 3 il əvvəl tükürpərdici hadisəyə imza atmış Anatoli Moskvin adlı şəxs barədə məhkəmə yekun qərarını verib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, yerli polis orqanları 2011-ci ildə Anatoli Moskvinin yaşadığı mənzildə 150-yə yaxın azyaşlı qızın qəbrindən çıxarılaraq mumiyalanmış cəsədini aşkarlayıb.
Əsas peşəsi tarixçilik olan Anatoli Moskvin sözün əsl mənasında kiçik qız meyitləri düşkünüdür. 2010-cu ildən şəhər qəbiristanlıqlarından meyitlərin yoxa çıxmasını araşdıran yerli hüquq mühafizə orqanlarını izlər tarixçi alimin evinə aparıb.
Yaşları 3-12 arasında dəyişən 150 qız meyitini evinə daşıyaraq mumiyalayan 46 yaşlı tarixçi onlarla qəribə oyuncaqlar düzəldib.
Polis idarəsi manyak-tarixçinin evindən tapılmış başdaşı şəkilləri və lövhələri sayəsində meyitlərin kimliyini təxmin etsə də, onların hansı qəbiristanlıqlardan qaçırıldığını açıqlamaqdan imtina edib.
Qeyd edək ki, Nijni Novqorod vilayətinin tanınmış tarixçi alimlərindən olan Anatoli Moskvin həm də mükəmməl linqvistik bacarıqlara malik olub, 13 dildə danışa bilir. Ən qəribəsi isə odur ki, alim 2005-ci ildən 2007-ci ilə kimi vilayətin 752 qəbiristanlığında müxtəlif elmi araşdırmalar aparıb.
Saxlanıldığından bəri 3 ildir Ruhi Əsəb dispanserində müalicə olunan Anatoli Moskvinin ömürlük burda qalmasına qərar verilib.