Bu ilin sentyabr ayında Türkiyənin İzmir şəhərində ölkəmizi “Miss Exclusive of the World” beynəlxalq gözəllik müsabiqəsində təmsil edən model Tamilla Həmidova yenə kamera qarşısına keçib.
Oxu.Az xəbər verir ki, model bu dəfə motosikletlə fotolar çəkdirib. Təşkilatçı Aqil Məmiyev modelin bir çox seriallara dəvət aldığını bildirib:
“Tamilla “Miss Exclusive of the World” beynəlxalq gözəllik yarışmasında iştirak edərək dünyanın ən yaxşı 7 modeli siyahısına düşüb. Tamillaya görə bir neçə xarici film və serial təklifləri gəlib. Onlardan birini dəyərləndirməyi düşünürük. Onu da qeyd edim ki, Tamilla bu yaxınlarda yenidən xarici yarışmada ölkəmizi təmsil edəcək”.
FOTO: Elgün Zaman