Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, açarların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Xankəndi şəhərinə yola salınan növbəti köç karvanı şəhərə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə şəhərə 18 ailə - 68 nəfər köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.