İspaniya millisinin hücumçusu Borxa İqlesias təlim-məşq zonasına buraxılmayıb.
Oxu.Az "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, mühafizə xidmətinin əməkdaşları İspaniya milli komandasının hücumçusu Borxa İqlesiası tanımayıblar və onu axşam gəzintisindən qayıdarkən bir müddət "Furiya Roxa"nın təlim-məşq bazasına buraxmaqdan imtina ediblər.
İqlesias mühafizəçilərə, "Mən milli komandanın oyunçusuyam və içəri daxil olmalıyam. Mən Borxa İqlesiasam", - deyə müraciət edib.
Qeyd olunur ki, yaranmış vəziyyətdən çıxış yolu tapmaq və bazaya daxil ola bilmək üçün tanınmış futbolçu məcbur qalıb milli komandanın inzibatçısına zəng edərək ondan kömək istəyib.