Böyük Qayıdışdan sonra Xankəndi şəhərində dünyaya gələn ilk uşağın anasına vəzifə verilib.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Xankəndiyə mediaturu çərçivəsində Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, şəhərdə dünyaya gələn ilk uşağın anası Səadət Namazlı idarənin İstehsalat şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunub:
"Ümumiyyətlə, idarədə işçilərin çoxu məcburi köçkündür".
