Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Xankəndi, Xocalı və Xocavənd ərazisində xeyli sayda silah-sursat aşkarlanıb
Son bir həftə ərzində Xankəndi, Xocalı və Xocavənddə külli miqdarda silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, 25-31 may tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisində 41 avtomat silahı, 6 tapança, 8 tüfəng, 45 qumbara, 5 mərmi, 60 alışdırıcı, 125 patron darağı, 16323 ədəd müxtəlif çaplı patron, 29 ədəd süngü-bıçaq, 4 rabitə vasitəsi və digər sursatlar aşkarlayıb.
Xocalı və Xocavənd rayonları ərazisindən isə ümumilikdə 2 avtomat silahı, 57 qumbara, 9 mərmi, 22 alışdırıcı, 56 patron darağı, 9560 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
"Xankəndi" teqi üzrə xəbərlər
- Arkadi Qukasyan Xocalı soyqırımı ilə bağlı suallara cavab verib
- Arkadi Qukasyan azərbaycanlıların Xankəndidən çıxmağa məcbur olunduqlarını etiraf edib
- Artur Abramyan: "İrəvandan göndərilən pulları Koçaryan qəbul edir, paylamaq üçün Petrosyana verirdi"
- Xankəndidə "Heydər Əliyev və suveren Azərbaycan" mövzusunda konfrans keçirilib
- Qəbələ-Xankəndi ultramarafonunun mükafatçıları müəyyənləşdi