Azərbaycan Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin səlahiyyət müddəti növbəti dəfə uzadılıb.
Oxu.Az xəbər verir ki, Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov APA-ya bildirib ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, hərbi prokuror Xanlar Vəliyevin səlahiyyət müddəti növbəti 5 il müddətinə artırılıb.