“Asia’s Got Talent” musiqi yarışmasına qatılan üç iştirakçı hər kəsi şoka salıb.
Oxu.Az xəbər verir ki, onların transvistit olduğunu əvvəlcə heç kim başa düşməyib.
İştirakçılar musiqi nömrələrini təqdim edənə qədər hər kəsi qadın səsi ilə salamlayıblar. Mahnıya başlayana qədər qadın olduqları düşünülən yarışmaçılar, ifaya başladıqları anda həm münsiflər heyətini, həm də zalda əyləşən tamaşaçıları olduqca təəccübləndiriblər.
Performansları ilə jürini ovsunlayan trans iştirakçılar növbəti tura keçməyə şans qazanıblar.
Aytən Sadıqzadə