Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Xaqani" bağında qanun pozuntusu aradan qaldırılıb
Paytaxtın Səbail rayonunda yerləşən, hər kəsin "Molokan" parkı kimi tanıdığı "Xaqani" bağının ərazisinin bir hissəsinin ictimai iaşə obyekti tərəfindən zəbt edilməsinin qarşısı alınıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma monitorinqi çərçivəsində həyata keçirilən operativ əməliyyat tədbirləri nəticəsində zəbt olunmuş ictimai ərazinin boşaldılması və vətəndaşların istifadəsinə qaytarılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, həmçinin aidiyyəti orqanlara qanun pozuntusu barədə məlumat verilib.
Paytaxtın Səbail rayonunda yerləşən, hər kəsin "Molokan" parkı kimi tanıdığı "Xaqani" bağında insanların istirahət etməsi üçün nəzərdə tutulan yer adı hələ ki məlum olmayan restoran tərəfindən zəbt olunub.
Yaranan vəziyyət sakinlərin narazılığına səbəb olub:
"Hansısa kənar şəxs vətəndaşların istirahəti üçün nəzərdə tutulan yeri məşğul edirsə, həmçinin əhalidən əyləşmək üçün ödəniş tələb edirsə, bu qanunsuzluqdur. Parkın rəhbərliyi buna qarışmalıdır, hüquq-mühafizə orqanlarının əməkdaşları zəruri tədbirlər görməlidirlər".
Məsələ ilə bağlı sosioloq Mail Yaqub bildirib ki, ümumi məkanlar biznes istifadəsi üçün ayrıla bilməz:
"Bu biabırçılığa son qoyulmalıdır. Parkda insanların istirahəti üçün məkan ayrılıbsa, həmin ərazi qorunmalıdır, sakinlərin istifadəsinə verilməlidir. Kimsə gəlib şəxsi biznesi üçün istifadə edə bilməz".
Ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Ermənistanda hərbi toplanış elan olundu: İrəvan döyüşə hazırlaşır? - Xəbərlərin 20:00 buraxılışı
- Rusiya-Ukrayna müharibəsi bitir?
- Qərbi Azərbaycan Xronikası: Aralıq Kolanlı, Aralıq Oxçu, Arbat - türk tarixinin izi
- Apteklərdə satışda niyə yalnız elektron termometrlər var?
- İki azyaşlının həlak olduğu yanğının TƏFƏRRÜATI: Uşaqlar stolun altında gizləniblərmiş