Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Millətlər Liqası: Türkiyə yığması İslandiyanı məğlub edib
UEFA Millətlər Liqasının dördüncü turunda Türkiyə və İslandiya millilərinin qarşılaşdıqları matç sona çatıb.
Oxu.Az xəbər verir ki, Türkiyə səfərdə İslandiya qarşısında ilk qolu buraxan tərəf olsa da, geridönüş etməyi bacarıb - 2:4.

UEFA Millətlər Liqasının dördüncü turunda Türkiyə və İslandiya millilərinin qarşılaşdıqları matç başlayıb.
Oxu.Az xəbər verir ki, Reykyavik şəhərində yerləşən "Laugardalsvöllur" stadionunda keçirilən görüşü polşalı hakimlər briqadası idarə edir.
Bu gün UEFA Millətlər Liqasının dördüncü turunda Türkiyə və İslandiya milliləri qarşılaşacaqlar.
Oxu.Az xəbər verir ki, Reykyavik şəhərində yerləşən "Laugardalsvöllur" stadionunda keçiriləcək görüşü polşalı hakimlər briqadası idarə edəcək.
Rəqiblərin heyətində zədəlilər və itkilər yoxdur.
Qeyd edək ki, millilər indiyədək ümumilikdə 13 dəfə qarşılaşıblar. Bunlardan üçü Türkiyə millisinin qələbəsi ilə başa çatıb. Üç görüşdə isə heç-heçə qeydə alınıb.
Yayımın başlama saatı Bakı vaxtı ilə saat 22:45-dir.
İslandiya - Türkiyə matçının canlı yayımını Oxu.Az saytında izləyə bilərsiniz.
"UEFA Millətlər Liqası" teqi üzrə xəbərlər
- UEFA Millətlər Liqasının yarımfinal görüşlərinin keçiriləcəyi ölkə bəlli olub
- Kriştianu Ronaldu adını "Ginnesin rekordlar kitabı"na yazdırıb
- Türkiyə millisi A, Gürcüstan seçmə komandası B Liqasına yüksəldi
- Azərbaycan millisinin DÇ-2026-da keçiriləcək görüşlərinin təqvimi
- Lamin Yamal UEFA Millətlər Liqasında rekorda imza atıb