Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində yeni sənəd qəbuluna start verilib
2025-2026-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbuluna aprelin 10-dan start verilir.
Oxu.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Sənəd qəbulu üçün son tarix 15 iyun 2025-ci il saat 23:59-dur.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün 29 dekabr 2024-cü il tarixində elan olunmuş Dövlət Proqramı çərçivəsində prioritet ixtisas sahələrinə uyğun nüfuzlu xarici ali təhsil müəssisələrinin siyahısı yenilənmişdir. Hər il olduğu kimi bu il də namizədlər "Times Higher Education", "QS World University Rankings" və "Academic Ranking of World Universities (Shanghai)" reytinq sistemində "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahəsi üzrə əldə etdikləri qəbul sənədləri əsasında Dövlət Proqramına müraciət edərək müsabiqədə iştirak edə bilərlər.
Müvafiq elanla keçiddən tanış olmaq mümkündür.
"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi" teqi üzrə xəbərlər
- Özbəkistan nümayəndə heyəti Azərbaycanın dövlət orqanlarının fəaliyyəti ilə tanış olub
- Valideynlərin NƏZƏRİNƏ: Bir sıra bağçalar TƏMİR EDİLƏCƏK
- Quba-Xaçmaz Regional Təhsil İdarəsinin bəzi rəhbər şəxsləri qanunsuz fəaliyyət göstərirlər?
- UNEC Dərbənd filialının tələbələri hələ də diplomlarını ala bilmirlər - ŞİKAYƏT
- Nazir müşaviri: "Uşaq təhsilə altı yaşında başlayırsa, üç il itirilmiş hesab olunur"