Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Xaricdə yaşayan azərbaycanlı alimlərin Bakıda forumu keçirilir
Bakıda "Gülüstan" sarayında xaricdə yaşayan azərbaycanlı alimlərin forumu başlayıb.
Oxu.Az xəbər verir ki, 23 ölkədən 80-dən çox azərbaycanlı alimin olacağı tədbirdə ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.
Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfələr verməkdir.
Forum çərçivəsində tədbir iştirakçıları işğaldan azad edilən ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq üçün Şuşa və Xankəndi şəhərlərinə yola düşəcək, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.
Sentyabrın 11-dək davam edəcək forum Diasporla İş üzrə Dövlət Komitəsinin və Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə keçirilir.
Daha çox foto burada: PhotoStock.Az
Mərahim Nəsib
"Qarabağ Universiteti" teqi üzrə xəbərlər
- Azərbaycanda iki universitetə 27 milyon manat ayrılıb
- Prezident 2025-ci ilin prioritetini elan etdi - "Böyük Qayıdış proqramı"nın icrası sürətlənəcək
- Geridə qoyacağımız əjdaha ilində ölkəmizdə nələr baş verdi? - "Kaspi"nin araşdırması
- Samir Babayev: "Qarabağ Universitetində dünyanın ən yaxşı klinik modeli tətbiq oluna bilər"
- Qarabağ Universitetinin yeni korpusları YARADILIR