Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Xarici diplomatların Qarabağa səfəri başa çatıb - YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycanda akkreditə olunmuş elmi korpusun nümayəndələrinin Qarabağa səfəri başa çatıb.
"Report" xəbər verir ki, səfər işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri ilə tanış olmaq məqsədilə həyata keçirilib.
Nümayəndə heyətinə 60-a yaxın diplomat və hərbi attaşe, o cümlədən, 10 təşkilatın nümayəndəsi daxildir.
Səfər çərçivəsində xarici diplomatlar Azərbaycan və Ermənistan arasında Laçın sərhəd-keçid məntəqəsinin yerləşdiyi körpüyə gəliblər. Onlara Ermənistanın son təxribatları, nəticədə azərbaycanlı sərhədçinin yaralanması barədə məlumat verilib.
Sonrakı qonaqlar Laçında enerji bərpa işləri ilə tanış olublar. 1 dekabr küçəsində tikilmiş birinci yaşayış məhəlləsinə baxılıb, oraya qayıdan sakinlərlə söhbət aparılıb.
Diplomatik korpus təmsilçiləri tikilməkdə olan Aqrar-Sənaye Parkında və Laçın Bulvarında da olublar.
Səfərin sonunda xarici diplomatlar və hərbi attaşelər Zabux və Ağalı kəndlərində olublar.
17:05
Laçın səfəri çərçivəsində diplomatik korpusun nümayəndələri Zabux kəndində də olublar.
APA xəbər verir ki, onlara məlumat verilib ki, 30 ilə yaxın davam etmiş işğal dövründə kənd tamamilə dağıdılıb, məhv edilib.
Qeyd edilib ki, hazırda Zabuxda genişmiqyaslı tikinti-bərpa işləri həyata keçirilir.
Diplomatların diqqətinə çatdırılıb ki, Zabux kəndi 245 ailəlik yaşayış məntəqəsidir.
16:42
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, eləcə də 10 təşkilatın nümayəndələri Laçın şəhərinin girişində, Həkəri çayının sahilində salınan bulvarla tanış olublar.
“Report”un məlumatına görə, diplomatların daha sonra Zabux kəndinə səfəri nəzərdə tutulub.
14:46
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, eləcə də 10 təşkilatın nümayəndələri Laçın şəhərində Bayraq meydanı ilə tanış olublar.
“Report” xəbər verir ki, qonaqlara şəhərdə aparılan yenidənqurma və abadlıq işlərinin gedişatı ilə bağlı məlumat verilib.
Bildirilib ki, yenidənqurma işləri zamanı binaların ilkin görkəminin qorunub saxlanmasına xüsusi diqqət yetirilir.
13:59
Laçında səfərdə olan xarici diplomatik korpus nümayəndələri orada qurulmaqda olan Aqro Sənaye Parkını ziyarət ediblər.
APA xəbər verir ki, onlara sənaye parkının imkanları, gələcək perspektivləri haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, Aqro Sənaye Parkı Laçının iqtisadi dirçəlişi və əhalinin məşğulluğu baxımından xüsusi əhəmiyyətə malikdir. Burada 46 şirkət fəaliyyət göstərəcək və ümumilikdə 1200-ə yaxın laçınlı işlə təmin ediləcək.
12:58
Laçına səfər edən diplomatik korpus nümayəndələri orada aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olublar.
APA xəbər verir ki, Laçın şəhəri 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçirilib.
Xarici diplomatlar artıq yurd-yuvasına geri dönmüş sakinlərlə söhbət ediblər.
11:26
Laçında səfərdə olan xarici diplomatlar Ermənistanla Azərbaycan arasında sərhəd-buraxılış məntəqəsinin yerləşdiyi körpüyə gediblər.
APA xəbər verir ki, onlara Ermənistanın bir hərbçimizin yaralanması ilə nəticələnən son təxribatları haqqında məlumat verilib.
Bildirilib ki, silahlı təxribata qədər sərhəd-buraxılış məntəqəsi açıq olub, Xankəndidə yaşayan erməni əsilli sakinlər məntəqədən heç bir maneə olmadan istifadə ediblər.
09:32
Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üzvlərinin Laçın şəhərinə səfəri başlayıb.
APA xəbər verir ki, diplomatik korpus, o cümlədən hərbi attaşelər təyyarə ilə Zəngilan Beynəlxalq Hava Limanına eniş ediblər.
Səfərdə 33 ölkə, 10 təşkilatdan ümumilikdə 60-a yaxın diplomat və hərbi attaşe iştirak edir.
Qonaqlar Laçında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olacaq, Laçın şəhəri 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçirəcəklər. Bundan əlavə, diplomatik korpus nümayəndələrinin Laçında qurulmaqda olan Aqro Sənaye Parkını ziyarəti də nəzərdə tutulub.
Xarici diplomatlara Həkəri çayının sahilində salınan “Laçın bulvarı” haqqında da ətraflı məlumat veriləcək.
Səfəri çərçivəsində diplomatik korpus nümayəndələrinin Zabux kəndində tam sürətlə davam edən tikinti-quruculuq işləri ilə də yaxından tanış olması planlaşdırılır.
Səfərin son dayanacağı kimi xarici diplomatlar Zəngilanın Ağalı kəndinə gedəcəklər. Onlara Ağalıda tətbiq edilən “ağıllı kənd” konsepsiyası haqqında məlumat verilməsi nəzərdə tutulur.
"Ermənistan" teqi üzrə xəbərlər
- Fransa və Aİ-nin revanşizmə dəstəyi: İrəvan üçüncü ölkələr vasitəsilə silahlandırılır
- Rusiyada yerli sakini hədələyən erməni polisdən qaçmaq üçün maraqlı üsul seçdi: "Gödəkçə"yə çevrildi
- Yaşar Güler: "Qafqazda sabitlik Azərbaycan-Ermənistan sülh sazişi vasitəsilə əldə olunacaq"
- Paşinyanla Ermənistan XİN arasında xidməti avtomobil qalmaqalı
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
Rəylər